Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb.

Rekord.az xəbər verir ki, “Qarabağ” – “Araz-Naxçıvan” matçını Rəvan Həmzəzadə, “Sabah” – “Neftçi” görüşünü İnqilab Məmmədov idarə edəcək.

Azərbaycan kuboku 
Yarımfinal, cavab oyunları

23 aprel

17:00. Qarabağ – Araz-Naxçıvan
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev.
VAR: Kamal Umudlu.
AVAR: Rauf Cabarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:1.

20:00. Sabah – Neftçi
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Tural Qurbanov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bank Respublika Arena”
İlk oyun – 2:1.