Azərbaycan Kuboku qadınların yarışı ilə start götürdü
- 16 Dek 2023 23:35
- 424
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna start verilib.
Rekord.az xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır.
Körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Maraqlı mübarizə şəraitində keçən yarışda Samirə Rzayeva (45 kq), Nazilə İsmayılova (49 kq), Selcan Qarayeva (55 kq), Dinara İbrahimli (59 kq), Fazilə İmanova (64 kq) və Rahilə Hüseynzadə (81 kq) qalib adını qazanıblar.