Azərbaycan Kubokuna yekun vuruldu
- 10 Noy 2019 21:45
- 1135
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku başa çatıb.
Rekord.az xəbər verir ki, sonuncu yarış günündə körpücük üzərinə ilk olaraq çəkisi 81 kq-a qədər olan atletlər çıxıblar.
Toplam 290 kq (130+160) nəticə ilə Kənan Əliquliyev rəqiblərini arxada qoyaraq qalib adını qazanıb. Gümüş və bürünc medal sahibləri eyni çəkinin öhdəsindən gəliblər. Ancaq Həsənağa Sahibov yekun nəticəni Nurlan Rəsulovdan daha əvvəl yerinə yetirdiyinə görə ikinci pillə ona qismət olub.
Çəkisi 89 kq-a qədər olan atletlərin mübarizəsində Lənkəran idmançısı Ceyhun Tağızadə toplam 295 kq (135+160) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qaıxıb. Gümüş medalı toplam 281 kq (127+154) nəticə ilə İsmayıl Baxışov, “bürünc”ə isə toplam 271 kq (120+151) nəticə ilə İsa Həsənli yiyələnib.
Son olaraq körpücük üzərinə ağır çəkili atletlər çıxıblar. 96, 102, 109 və +109 kq çəki dərəcələrində müvafiq olaraq Kamran İsmayılov, Nailxan Nəbiyev, Əliş Nəzərov və İsmayıl Qurbanov qalib gəliblər.