Azərbaycan Kubokunda 1/4 final cütləri məlum oldu
- 25 Yan 2021 19:03
- 638
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri müəyyənləşib.
Rekord.az xəbər verir ki, 1/8 final mərhələsinin bu gün keçirilən üç oyunundan sonra “Qarabağ”, “Keşlə” və “Neftçi”nin növbəti raunddakı rəqibi bəlli olub.
"Qəbələ" "Turan Tovuz"u 2:0, "Zirə" "Qaradağ Lökbatan"ı 4:0, "Kəpəz" isə gözlənilmədən Premyer Liqa təmsilçisi "Sabah"ı 2:1 hesabı ilə üstələyib. 1/8 finalın ötən gün baş tutan ilk oyununda "Səbail" "Zaqatala"nı 3:2 hesabı ilə məğlub edərək növbəti raundda "Sumqayıt"a rəqib olmuşdu.
1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri iə 6-7 fevralda keçiriləcək. Adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər.
Azərbaycan kuboku
1/4 final
Sumqayıt - Səbail
Qaraba - Qəbələ
Keşlə - Kəpəz
Neftçi - Zirə