Azərbaycan kubokunda 195 iddialı
- 14 May 2020 18:22
- 621
Azərbaycan kubokunda mübarizəni davam etdirən “Qəbələ” koronavirus pandemiyası ilə bağlı fasilə başa çatdıqdan sonra yarımfinal sınağına çıxacaq.
Rekord.az xəbər verir ki, bu turnirdə 15-ci mövsümünü keçirən “qırmızı-qaralar”ın 195 üzvü kubok qazanmaq iddiası ilə meydana çıxıb.
Onlar arasında mütləq rekord Ürfan Abbasova məxsusdur. O, 28 kubok matçının iştirakçısıdır. Vojislav Stankoviç də 20-dən çox oyun keçirməyi bacarıb. Onun aktivində 21 görüş var. İlk “üçlüy”ü Cavid Hüseynov qapayır – 19 oyun.
“Qəbələ”nin heyətində ən çox kubok matçı keçirən futbolçular:
1. Ürfan Abbasov – 28
2. Voyislav Stankoviç – 21
3. Cavid Hüseynov – 19
4. Elvin Camalov – 18
5. Samir Zərgərov – 18
6. Dmitri Bezotosnı – 17
7. Asif Məmmədov – 16
8. Dodo – 15
9. Azər Həşimov – 14
10. Viktor Mendi – 13
11. Qismət Alıyev - 13
12. Rafael Santos - 12
13. Turnike Aptsiauri - 12
14. Əli İsmayılov - 11
15. Filip Ozobiç - 10
16. Rəhman Əzizov - 10
17. Elnar Kərimov - 10