Azərbaycan Kubokunda bunu yalnız üç komanda bacarıb
- 01 İyn 2024 13:00
- 183
Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün görüşlərdə qələbə qazanıb.
Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 1993/1994 mövsümündə “Kəpəz”, 1994/1995 mövsümündə “Neftçi”, 2015/2016 mövsümündə “Qarabağ” kuboku qələbə seriyası ilə əldə edib.
“Zirə” finalda qalib gəlsə, bu üç komandanın bacardığını təkrarlayacaq. Rəşad Sadıqovun yetirmələri finala qədər keçirdiyi 5 matçda qalib gəliblər.
Yarışın tarixində daha üç klub mövsümdəki bütün matçlarını qalib başa vurub. Lakin “Şəmkir” (2001/2002), “Qarabağ” və “Qəbələ”nin (hər ikisi 2019/2020) uğurlu seriyaya imza atdığı mövsümlər başa çatmayıb.
Qeyd edək ki, iyunun 2-də "Liv Bona Dea Arena"da keçiriləcək "Qarabağ" - "Zirə" matçı saat 20:00-da başlayacaq.