Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan kuboku davam edir.

Rekord.az xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayır.

Bu gün qadınların mübarizəsinə yekun vurulub. Son olaraq körpücük üzərinə çəkisi 59, 64, 71, 76, 87 və +87 kq olan qadınlar çıxıblar. Müvafiq olaraq öz çəkilərində toplam 148 kq (67+81) nəticə ilə Fazilə İmanova, toplam 112 kq (51+61) nəticə ilə Ayişə Əliyeva, 180 kq (79+101) nəticə Fidan Mirzəzadə, toplam 185 kq (82+103) nəticə Rahilə Hüseynzadə, toplam 69 kq (30+39) nəticə ilə Leyla Məhərrəmova, toplam 96 kq (41+55) nəticə ilə Elnarə Rəşidova qızıl medallara sahib çıxıblar.

Atletlərin təltieftmə mərasimində mötəbər qonaqlar iştirak ediblər. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatları Hicran Hüseynova və İqbal Məmmədov idmançılara medalları təqdim edib, onlara uğurlar arzulayıblar. Sonda xatirə şəkli çəkilib.