
Azərbaycan Kubokunda daha bir matç keçiriləcək
- 2023-11-20 11:15
- 158
Bu gün Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulacaq. "Rekord.az" xəbər verir ki, azarkeşlər “Şəfa” – “Şəmkir” oyununu izləyəcəklər.
Bu cütün qalibi növbəti mərhələdə "Səbail"ə rəqib olacaq.
.
Azərbaycan Kuboku
I təsnifat mərhələsi
20 noyabr (bazar ertəsi)
14:30. “Şəfa” – “Şəmkir”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu