
Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli oldu
- 11 Mar 2025 22:00
- 50
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub.
Rekord.az xəbər verir ki, 1/4 finalda "Abşeron"la qarşılaşan "Naxçıvan" 102:60 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.
Günün ilk 1/4 final oyununda isə NTD "Şəki" kollektivini 71:66 hesabı ilə üstələyərək mübarizədən kənarlaşdırıb.
1/4 finalın digər iki matçı sabah keçiriləcək.