Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olub.


Rekord.az xəbər verir ki, yarımfinal mərhələsinin birinci oyununda NTD "Neftçi"ni məğlub edib.


Komanda rəqibini 88:83 hesabı ilə üstələyib.


İkinci yarımfinal matçında "Naxçıvan" "Gəncə" ilə üz-üzə gəlib. "Gəncə" "Naxçıvan"ı 86:80 hesabıyla məğlub edərək ikinci finalçı olub. Gəncə təmsilçisi finalda NTD-nin rəqibi olub.


Final oyunu martın 30-da keçiriləcək. Ötən mövsüm "Neftçi" bu titulun sahibi olub.