Futzal üzrə Azərbaycan kubokunda ilkin mərhələnin oyunları keçirilib.

Rekord.az xəbər verir ki, bu mərhələdə Birinci və İkinci liqa komandaları qarşılaşıb. Maraqlıdır ki, 14 cütdən 10-nun qalibi İkinci Liqa təmsilçiləri olub.

Azərbaycan Kuboku
İlkin mərhələ

Ulduz – Advokat 0:11
Yasamal İSK – Rəvan 5:10
Standard – Timsport 6:2
Zəngilan – Dalğa 3:4
Baku Fire-2 – Baku Fire-3 5:10
Dəstə Ordubad – Atletiko Baku 3:5
Şuşa – İSMA Baku  4:5
Metropoliten – Borçalı 8:9
PASO FK – Bibi-Heybət 3:10
Alyans Qrup -  Zülfüqar 4:2
Qarabağ Füzuli – Baker Tilly 1:9
Forza Neftçi – Xan Lənkaran 10:0
Star Karqo – Hövsan 12:3
ADBTİA - Star Karqo-2  0:2
 
Beləliklə, növbəti mərhələdə bu komandalar qarşılaşacaq:

Star Karqo-2 – Baku Fire-3
Standard – Baker Tilly
İSMA Baku – Rəvan
Star Karqo – Bibi Heybət
Alyans Qrup - Borçalı
Dalğa – Atletiko Baku

Reqlamentə əsasən “Forza Neftçi” və “Advokat” komandaları ilkin mərhələdən azaddırlar və onlar birbaşa 1/8 final mərhələsinə yüksəliblər.