Bu həftə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları keçiriləcək.

Rekord.az xəbər verir ki, bu görüşlər dörd günü əhatə edəcək.

Peşəkar Futbol Liqası üz-üzə gələcək cütlərin ölkə kuboku tarixindəki əvvəlki oyunlarının balansını açıqlayıb.

Azərbaycan Kuboku
1/8 final
​​​​​​​18 dekabr (bazar ertəsi)

"Kəpəz" - “Sabah” – 2 oyun, +1=0-1, top fərqi – 4-2
Əvvəlki oyunların hər ikisində eyni sayda – 3 qol vurulub. “Kəpəz” bu matçları qolsuz tərk etməyib.

2020/21

1/8 final

Sabah (Bakı) - Kəpəz (Gəncə)

1:2

2021/22

1/8 final

Sabah (Bakı) - Kəpəz (Gəncə)

3:0

"Sumqayıt" - "Karvan" –indiyədək qarşılaşmayıblar
 

19 dekabr (çərşənbə axşamı)

"İrəvan" - "Araz-Naxçıvan" – indiyədək qarşılaşmayıblar

"İmişli" - “Qəbələ” –  indiyədək qarşılaşmayıblar
 

20 dekabr (çərşənbə)

"Səbail" - "Şamaxı" –   indiyədək qarşılaşmayıblar

 “Zirə” - "Turan Tovuz" – 1 oyun, +1=0-0, top fərqi – 1-0
Yeganə oyunda “Zirə” qalib gəlib. Həmin matçda cəmi 1 qol vurulub.

2016/17

1/8 final

Turan Tovuz - Zirə (Bakı)

0:1

21 dekabr (cümə axşamı)

“Qarabağ” - MOİK – 5 oyun, +3=1-1, top fərqi – 11-4
Son üç oyunda “Qarabağ” qələbə qazanıb. MOİK son üç matçın hərəsində 2 və ya daha çox top buraxıb.

2000/01

1/8 final

OİK (Bakı) - Qarabağ (Ağdam)

1:1, 1:0

2006/07

1/16 final

MOİK (Bakı) - Qarabağ (Ağdam)

0:2, 0:4

2014/15

1/8 final

Qarabağ (Ağdam) - MOİK (Bakı)

4:2

“Neftçi” - "Qaradağ Lökbatan" – 4 oyun, +4=0-0, top fərqi – 18-0
“Neftçi” bütün oyunlarda qələbə qazanıb. “Qaradağ Lökbatan” qol vurmayıb.

2009/10

1/8 final

Neftçi (Bakı) - Neftçi-İSM (Bakı)

5:0, 2:0

2014/15

1/8 final

Neftçi (Bakı) - Qaradağ-Lökbatan

3:0

2015/16

1/8 final

Neftçi (Bakı) - Qaradağ-Lökbatan

8:0