Cari mövsüm Azərbaycan kubokunun finalının harada keçiriləcəyi hələ də məlum deyil. Baxmayaraq ki, bir çox ölkələrdə hələ mövsümün əvvəlindən bu, açıqlanır. Təəssüf ki, Azərbaycan futbolunda reallıqlar başqadır.

Rekord.az məsələ ilə bağlı PFL-in mövqeyini öyrənib.

Sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev saytımıza açıqlamasında bildirib ki, hələlik finalla bağlı qeyri-müəyyənlikdir: “Hələlik, bu haqda konkret qərar yoxdur. Bilinmir ki, bölgədə keçiriləcək, yoxsa paytaxtda. Karantindən əvvəl Masazırdakı “Bank Respublika Arena” əsas namizəd idi. Amma hazırda qəti qərar verilmədiyi üçün dəqiq söz deyə bilməyəcəm”.