
Azərbaycan kubokunun ilk yarımfinalçısı bəlli oldu
- 11 Mar 2025 19:20
- 74
Basketbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.
Rekord.az xəbər verir ki, “Şəki” 1/4 finalda NTD ilə qarşılaşıb.
Bakı İdman Sarayında baş tutan görüş paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 71:66. Bu nəticədən sonra NTD adını yarımfinala yazdırıb.
Bu gün 1/4 finalda daha bir qarşılaşma keçiriləcək. Saat 19:00-da Bakı İdman Sarayında “Naxçıvan” “Abşeron”la üz-üzə gələcək.