Azərbaycan kubokunun püşkü atıldı
- 24 Noy 2020 13:20
- 795
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2020/21 mövsümünün püşkü atılıb.
Rekord.az xəbər verir ki, püşkatma mərasimi Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olub.
AFFA-nın inzibati binasında keçirilən tədbir “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanıb.
Bu mövsüm yarışa Premyer Liqanın 8 komandası ilə yanaşı, Birinci Divizion təmsilçilərindən “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” qatılıb.
Ötən mövsüm Premyer Liqanı ilk 4 pillədə başa vurmuş “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” komandaları mübarizəyə 1/4 final mərhələsindən başlayacaqlar. 1/8 final mərhələsinin püşkü qalan klubların iştirakı ilə atılıb.
Qeyd edək ki, Azərbaycan Kubokunda mübarizəyə dekabrın 24-də start veriləcək. Həmin gün bir oyunluq sistemlə 1/8 final oyunları keçiriləcək. 1/4 final qarşılaşmaları isə 2021-ci il 1-2 fevral və 6-7 fevralda olacaq.
Azərbaycan Kuboku
1/8 final
1. “Səbail” - “Zaqatala”
2. “Turan Tovuz” - “Qəbələ”
3. “Sabah” - “Kəpəz”
4. “Qaradağ Lökbatan” - “Zirə”
1/4 final
5. “Sumqayıt” - 1-ci cütün qalibi
6. “Qarabağ” - 2-ci cütün qalibi
7. “Keşlə” - 3-cü cütün qalibi
8. “Neftçi” - 4-cü cütün qalibi