Basketbol üzrə Azərbaycan kubokunda yeni mövsümün püşkü atılıb.

Rekord.az xəbər verir ki, püşkatma mərasimi qurumun inzibati binasında baş tutub.

Püşk nəticəsində qrupların tərkibi müəyyənləşib. 21-26 mart tarixləri aralığında “Sərhədçi” İdman Mərkəzində keçiriləcək Azərbaycan kubokunda 8 komanda A və B qruplarında mübarizə aparacaqlar.

A qrupunda “Sabah”, “AAAF Xırdalan”, “Sərhədçi”, “Gəncə”, B qrupunda isə NTD, “Zirvə Astara”, “Neftçi” və “Olimpik Şəki” qüvvələrini sınayacaqlar.

Turnirin reqlamentinə əsasən, oyun zamanı meydançada mütləq şəkildə 3 yerli basketbolçu olmalıdır.