Azərbaycan kubokunun qalibi Avroliqaya hansı mərhələdən başlayacaq?
- 06 Dek 2019 14:21
- 843
2020/21 mövsümündə avrokuboklarda iştirak edəcək komandaların ölkələr üzrə bölgüsü açıqlanıb.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, yeni mövsümdə Azərbaycanı avrokuboklarda təmsil edəcək klubların mübarizəyə hansı mərhələdən başlayacağı da bilinib. Belə ki, Premyer Liqanın qalibi olan komanda Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindən, 2-ci və 3-cü yerin sahibləri isə Avropa Liqasının 1-ci təsnifat mərhələsindən başlayacaq.
Azərbaycan kubokunun qalibi də Avroliqada 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Ötən il kubokun sahibi olan “Qəbələ” mübarizəyə 2-ci təsnifat mərhələsindən başlamışdı. Azərbaycan UEFA-dakı reytinqdə gerilədiyi üçn artıq kubokun qalibi də AL-in 1-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.
2018-ci ilin yayında UEFA-nın reytinqində 23-cü yerdə olan Azərbaycan, indi 3 pillə geriləyərək, 26-cıdır.
Azərbaycanı hazırda Avroliqada “Qarabağ” təmsil edir. A qrupunda “Sevilya”, APOEL və “Düdelanj”la mübarizə aparan “köhlən atlar”ın artıq sona bir tur qalmış turnirlə vidalaşacağı dəqiqləşib.