![photo](https://www.rekord.az/storage/uploads/5/kubok-2.jpg)
Azərbaycan Kubokunun qalibi Avropa Liqasında oynayacaq! RƏSMİ
- 27 İyl 2023 10:15
- 935
Azərbaycanda 2023-24-cü illər futbol mövsümü daha bir xüsusiyyəti ilə yadda qalacaq. “Rekord.az” xəbər verir ki, bu il Azərbaycan Kubokunun qalibi olacaq komanda Konfrans Liqasına yox, Avropa Liqasına vəsiqə qazanacaq.
Məlumat Peşəkar Futbol Liqası da təsdiqləyib. Qurumun məsələ ilə bağlı açıqlaması belədir:
“2024/2025-ci illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasının çempionu yoluna Çempionlar Liqasının birinci təsnifat mərhələsindən başlayacaq. Azərbaycan Kubokun qalibi isə Avropa Liqasının birinci təsnifat mərhələsindən çıxış edəcək. Premyer Liqada ikinci və üçüncü yerləri tutan komandalar yoluna Konfrans Liqasının ikinci təsnifat mərhələsindən başlayacaqlar. Kubokun qalibi ilə çempion eyni komanda olarsa liqada ikinci yeri tutan komanda Avropa Liqasının birinci təsnifat mərhələsinə vəsiqə qazanacaq. Əgər ölkə kubokunun qalibi həm də liqa yolu ilə avrokuboklara vəsiqəni təmin edəcəksə, o zaman liqanın 4-cüsü Konfrans Liqasının ikinci təsnifat mərhələsindən ölkəmizi təmsil etmək hüququnu əldə edəcək”.