Qadın həndbolçulardan ibarət "Kür" komandası Azərbaycan Kubokunun qalibi olub.

Rekord.az xəbər verir ki, Mingəçevir təmsilçisi finalda “Azəryol”la üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşma bölgə klubunun qələbəsi ilə bitib – 28:27.

Bu gün kişi həndbolçular arasında keçirilən Azərbaycan Kubokunun da qalibi müəyyənləşib. Finalda "Azəryol" və "Bakı" komandaları üz-üzə gəliblər. Qarşılaşma birincilərin qələbəsi ilə yekunlaşıb. "Azəryol" rəqibini 35:31 hesabı ilə üstələyib.