Azərbaycan milli komandasının Millətlər Liqasında Lüksemburqla qarşılaşacağı oyuna hakim təyinatları açıqlanıb.

Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Kris Kavanaq olacaq. Ona Daniel Riçard Kuk və Sian Massey kömək edəcəklər. 4-cü hakim funksiyasını isə Pol Tirni yerinə yetirəcək.

Sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq oyunu saat 20:00-da start götürəcək.