İslamiadaya hazırlığını davam etdirən kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama matçını keçirib. "Rekord.az" xəbər verir ki, rəqib Mərakeş yığması olub.

Görüş gərginliyi ilə yadda qalıb. 5 hissə davam etmiş qarşılaşmada millimiz 2:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, komandamız ilk hazırlıq matçında Belarusa uduzub.

Yoldaşlıq oyunu 

19 iyul
   Azərbaycan - Mərakeş  2:3 (25:19, 17:25, 25:22, 26:28, 13:15)