3x3 basketbol üzrə Azərbaycan milliləri Kiprin Limassol şəhərində keçirilən Avropa Kubokunun seçmə mərhələsinə qələbə ilə start götürüblər.

Rekord.az xəbər verir ki, qadınlardan ibarət yığma açılış oyununda A qrupunda yer alan Malta seçməsini əlavə vaxtda 17:15 hesabı ilə məğlub edib.

Kişilərdən ibarət milli də Maltadan güclü olub – 20:14. Kişi basketbolçular qrupda növbəti matçlarını Bakı vaxtı ilə saat 16:50-də yerli Kiprə qarşı keçirəcəklər.

Bundan 50 dəqiqə sonra isə qadınlardan ibarət komanda İrlandiya ilə üz-üzə gələcək.