Azərbaycan milliləri Türkiyədə təlim-məşq toplanışına başladılar
- 19 Mar 2024 22:06
- 255
16 və 18 yaşadək qadın basketbolçulardan ibarət Azərbaycan milliləri Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına başlayıblar.
Rekord.az xəbər verir ki, komandalara türkiyəli mütəxəssis Evren Alkaya rəhbərlik edir.
Basketbolçular gün ərzində iki dəfə olmaqla taktiki və fiziki məşqləri mütəmadi şəkildə davam etdirirlər.
Hazırlıq prosesi martın 28-dək davam edəcək. Toplanış dönəmində bir neçə yoxlama görüşünün təşkili planlaşdırılır.