Yeniyetmə basketbolçulardan ibarət Azərbaycan milliləri yeni rekord vurublar.

Rekord.az xəbər verir ki, komandalarımız iyuldan Avropa çempionatının C divizionunda 4 yarışa qatılmaqla buna nail olublar.

Oğlan və qız basketbolçularımız Albaniya, Cəbəllütariq və Kosovoda baş tutan yarışlara qatılıblar.

Onlar çempionatlarda aşağıdakı uğuru qazanıblar:

U-16 qız millimiz - qızıl medal
U-18 oğlan millimiz - qızıl medal
U-18 qız millimiz - gümüş medal
U-16 oğlan millimiz - 4-cü yer

Bunadək ən yaxşı bu göstərici ötən il 3 kateqoriya - oğlanların yarışında U-16 və U-18, qızlarda isə U-16 Avropa çempionatında iştirak olub.