
Azərbaycan millisi ABŞ yığmasına məğlub oldu
- 19:40
- 34
Azərbaycan millisi həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında bu gün növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, B qrupunda yer alan yığma Bolqarıstanın Varna şəhərində təşkil olunan turnirdə ABŞ ilə üz-üzə gəlib.
Qarşılaşma rəqib komandanın 45:25 hesablı qələbəsi ilə başa çatıb.
Azərrbaycan millisi daha əvvəl Moldovaya 21:33, Nigeriyaya 17:29 hesabı ilə uduzub.