Azərbaycan millisi AÇ-yə Türkiyə yığmasıyla birgə hazırlaşır
- 11 İyn 2023 23:00
- 328
Azərbaycanın yeniyetmə qızlardan ibərət milli yığmasının 12 üzvü iyunun 4-dən etibarən Türkiyənin Trabzon şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.
Rekord.az xəbər verir ki, Türkiyənin yeniyetmələrdən ibarət komandası ilə yanaşı, Gürcüstandan olan idmançılarla birgə baş tutan hazırlıq prosesi 18 iyuna qədər davam edəcək.
Cüdoçulara yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edir.
Qeyd edək ki, təlim-məşq toplanışı 22-25 iyun tarixlərində Portuqaliyanın Koimbra şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.