Azərbaycan millisi Avropa çempionatına bu heyətlə yollanır
- 06 İyl 2022 20:30
- 510
Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Avropa çempionatı keçiriləcək.
Rekord.az xəbər verir ki, sabah U-17, növbəti gün isə U-20 yaş qrupunda qitə birinciliyinin medalçıları müəyyənləşəcək.
Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında U-17 yaş qrupunda Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq), U-20 yaş qrupunda isə Rübail İbrahimli, Hüseyn Əliyev (hər ikisi 70 kq), Fərid Yusifov (80 kq), Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (+90 kq) ölkəmizi təmsil edəcək.
Proqrama əsasən, qrup mərhələsinin görüşləri Bakı vaxtı ilə 11:00-da başlayacaq. Pley-off və medallar uğrunda mübarizəyə isə 17:00-da start veriləcək.
Həftəsonu isə böyüklər arasında dünya seriyasının 4-cü mərhələsi baş tutacaq. İyulun 9-10-da keçiriləcək turnirdə həmişə olduğu kimi, Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) çıxış edəcək.
Beynəlxalq dərəcəli hakim Bəşir İsazadə bu yarışlarda ədaləti qoruyacaq.