Badminton üzrə kişilərdən ibarət Azərbaycan millisi Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında pley-offa yüksəlib.

Rekord.az xəbər verir ki, yığma təsnifat mərhələsində ardıcıl ikinci qələbəsini qazanaraq buna nail olub.

Ötən gün Norveçi üstələyən (4:1) badmintonçularımız bu dəfə İrlandiyanı 3:2 hesabı ilə məğlub ediblər.

Millimizin sabah keçiriləcək pley-off oyunundakı rəqibi Çexiya - Avstriya cütünün qalibi olacaq.