![photo](https://www.rekord.az/storage/uploads/5/5e0757f6-50b4-40cf-ab75-4e81e33234fb.jpeg)
Azərbaycan millisi Avropa Kubokunda mübarizəni başa vurdu
- 23 Avq 2024 22:15
- 300
Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda növbəti görüşünü keçirib.
Rekord.az xəbər verir ki, yığma C qrupundakı ikinci matçında meydan sahibləri ilə üz-üzə gəlib.
Qarşılaşma seçməmizin 18:20 hesablı məğlubiyyəti ilə başa çatıb.
Günün ilk matçında Niderlanda da uduzan (9:21) millimiz yarışla vidalaşıb.