Azərbaycan millisi Avstriyaya qalib gəldi - AÇ-də
- 18 Sen 2022 16:43
- 437
Cüdo üzrə Azərbaycan millisi Çexiyanın paytaxtı Praqadakı gənclərin Avropa çempionatına qələbə ilə başlayıb.
Rekord.az xəbər verir ki, qarışıq komandamız 1/8 finalda Avstriyanı məğlub edib.
73 kq çəki dərəcəsindəki Vüsal Qələndərzadə İssa Naşçoya qalib gəlib. 57 kq-dakı Səbinə Əliyeva Verena Hideni, 70 kq-dakı Aytac Qardaşxanlı Laura Kallingeri məğlubiyyətə uğradıb. Sonuncu qarşılaşmada isə 90 kq-dakı Elcan Hacıyevin rəqibi erməni əsilli Aslan Papoyan olub. Hacıyev vazari ilə qalib gəlib.
Azərbaycan komandası rəqibini 4:0 hesabı ilə üstələdiyi üçün son iki cüdoçunun tatamiyə çıxmağına ehtiyac qalmayıb. Yığmamız 1/4 finalda Gürcüstanla üz-üzə gələcək.