Serbiyanın paytaxtı Belqradda təşkil olunan dünya çempionatında 1 qızıl və 2 bürünc medal qazanan Azərbaycan yığması Bakıya qayıdıb.

Rekord.az xəbər verir ki, boksçularımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Boks Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və bokssevərlər qarşılayıblar. Onlar mükafatçılarımız üçün müxtəlif xoş şüarlar səsləndiriblər.

Azərbaycan millisi dünya çempionatını 1 qızıl, 2 bürünc medalla başa vurub. Alfonso Dominges (86 kq) qızıl, Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev isə (+92 kq) bürünc medal qazanıb.