17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası 1-4 fevral tarixlərində Milli Komandaların Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışı keçəcək.


Rekord.az xəbər verir ki, U-17 fevralın 5-dən 10-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində baş tutacaq hazırlıq çərçivəsində 2 yoxlama oyunu keçirəcək.


Millimiz fevralın 7-də və 10-da Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək. BƏƏ Futbol Akademiyasında təşkil olunacaq hər iki matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.


Komandamıza dəvət edilən futbolçuların adları ilə sizi tanış edirik:


1. Firuzə Bayramova - Dinamo Balakən

2. Nərgiz Ağaliyeva - Şəfa

3. Aydan Abdullayeva - Təhsil 8 İOEUGİM

4. Məryəm Səmədli - Səbail

5. Arzu Cəfərova - Şəfa

6. Xanım Əsədova - Neftçi

7. Bədriyyə Mövludova - Şəfa

8. Ayşən Salamzadə - Neftçi

9. Səma Əsədova - Neftçi

10. Aysu Əsədova - Sabah

11. Aylin Kərimova - Neftçi

12. Ayan Abdiyeva - Şəfa

13. Şəhanə Mirzəliyeva - Mingəçevir

14. Suel Polikarpova - Ulduz

15. Sara Səlimova - Gömrükçü

16. Elmira Hüseynova - Ulduz

17. Könül Hüseynova - Mingəçevir

18. Naidə Məmmədova - Zaqatala City

19. Xədicə Rəhimova - Təhsil 8 İOEUGİM

20. Məhsumə Vahabzadə - Sabah