Akrobatika gimnastikası üzrə Azərbaycan milli komandası Qazaxıstanın Pavlodar şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.

Rekord.az xəbər verir ki, Sabir Ağayev, Murad Rəfiyev, Riad Səfərov və Rəsul Seyidlidən ibarət kişi qrupu yarışı medalla başa vurub.

Komanda yekun nəticələrə əsasən, fəxri kürsünün üçüncü pilləsinə qalxıb.