18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, C divizionunda yer alan yığma B qrupundakı ikinci matçında Cəbəllütariqlə qarşılaşıb.

Görüş Azərbaycan millisinin 115:60 hesablı qələbəsi ilə başa çatıb.

Yığma qrupdakı ilk oyununda "Lüksemburq"a qalib gəlmişdi - 75:71.

Azərbaycan yığması növbəti matçını bu gün Ermənistana qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.