Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında klassik güləş üzrə yarışa yekun vurulub.

Rekord.az xəbər verir ki, mundialda 10 çəkidən cəmi 7-sində təmsil olunan Azərbaycan millisi 3 medal qazanıb və 67 xalla komanda hesabında 6-cı yeri tutub.

1 qızıl və 2 bürünc medal əldə edən yığma, U-23 dünya çempionatları tarixində medalların əyarına görə ən yaxşı nəticəsinə imza atıb.

Yunan-Roma güləşçiləri 2017-də 2 bürünc, 2018-də 2 gümüş və 1 bürünc, 2019-da isə 1 gümüş və 1 bürünc medal qazanıb.