Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsinə qələbə ilə start verib.

Rekord.az xəbər verir ki, yığmamız ilk matçında Ermənistan seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 21:9 hesabı ilə üstələyib.

Azərbaycan millisi bu gün Kosovo və Kiprlə də üz-üzə gələcək. Qadınlardan ibarət yığma isə Malta və Lüksemburqu sınağa çəkəcək.