“Azərbaycan millisi fərqli oyun nümayiş etdirir”
- 24 Okt 2019 23:02
- 872
Futzal üzrə Monteneqro milli komandasının baş məşqçisi Sveto Lyesar DÇ-2020-nin əsas mərhələsi çərçivəsində bu gün Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 2:3 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Yaradılan şəraitə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkürümüzü bildiririk. Biz futzal yarışlarında iddialı ölkələrdən hesab edilmirik. Bu cür turnirlərdə təcrübəmizi artırırıq. Komandam Azərbaycana qarşı yaxşı oynadı. Amma Slovakiya ilə görüşü çox pis keçirmişdik. Artıq Azərbaycan və Slovakiya vəzifəsinin öhdəsindən gəlib. Məncə, komandanız qrupu birinci pillədə başa vuracaq. Çünki Azərbaycan millisi fərqli oyun nümayiş etdirir. Ümumiyyətlə, millinizin dünya çempionatının final mərhələsinə yüksəlmək üçün yaxşı şansı var”.