17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Gürcüstanda təşkil edilən UEFA İnkişaf turnirində son oyununu keçirib.

Rekord.az xəbər verir ki, Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 1:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Xatırladaq ki, yığmamız bundan əvvəlki matçında Zambiya seçməsinə də 1:3 hesabıyla uduzmuşdu.