Avropa çempionatının təsnifat mərhələsində D qrupunda mübarizə aparan qadın voleybolçularımız qrupda növbəti oyununu avqustun 24-də səfərdə Gürcüstan kollektivinə qarşı keçirəcək. "Rekord.az" xəbə verir ki, Tbilisidə "Yeni Voleybol Arena"da baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, millimiz qrupdakı ilk oyununda Gürcüstana 3:0 hesabı ilə qalib gəlib. Yığmamızın D qrupundakı digər rəqibləri Sloveniya və Avstriyadır.

Ümumilikdə təsnifat mərhələsində 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq kollektivlər final mərhələsinə yüksələcək.

AVRO-2023-ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.

 

AVRO-2023-ün təsnifat mərhələsi

D qrupu

24 avqust

   17:00 Gürcüstan - Azərbaycan