“Azərbaycan millisi hörmətə layiq komandadır”
- 19 Avq 2020 23:00
- 525
UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibeqiç yerli federasiyanın rəsmi saytına açıqlama verib.
Rekord.az xəbər verir ki, C Liqasının 1-ci qrupunda Kipr və Lüksemburqa qarşı keçiriəcəkləri oyunlar üçün heyəti açıqlayan bosniya və herseqovinalı mütəxəssis bildirib ki, qrupdakı bütün komandalar təqribən eyni gücdədirlər:
“Millətlər Liqasında mübarizəyə start verəcəyik. Hər başlanğıc vacibdir. Rəqiblərimizin hər biri hörmətə layiqdir. Onları necə üstələyəcəyimizi düşünməliyik. Digər komandalarla güclü tərəflərimizi müqayisə edirik. Yalnız rəqiblərimizi məğlub etdikdən sonra ən yaxşı olduğumuzu deyə bilərik. Buna qədər isə gündəlik işimiz və səylərimizlə əlverişli nəticələr üçün lazımi şərtlər yaratmağa çalışacağıq".
Qeyd edək ki, Monteneqro yığması sentyabrın 5-də Kiprlə, 3 gün sonra isə Lüksemburqla üz-üzə gələcək. Azərbaycan millisi bu komanda ilə ilk oyununu oktyabrın 10-da səfərdə keçirəcək. İkinci qarşılaşma isə noyabrın 14-də Bakıda olacaq.