FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Rekord.az ali futbol qurumunun saytına istinadən xəbər verir ki, yeni siyahıda Azərbaycan milli komandasının mövqeyi dəyişib. Canni De Byazinin rəhbərlik etdiyi komanda 2 pillə geriləyərək, 110-cu sırada qərarlaşıb. Azərbaycan yığması son reytinq cədvəlində 108-ci yerdə idi.

Azərbaycan millisi mart ayında DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliyaya 0:1, Serbiyaya 1:2, yoxlama görüşündə isə Qətərə 1:2 hesabıyla uduzub.

Azərbaycan yığmasının DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən olan Portuqaliya yığması 5-ci, Serbiya 25-ci, Lüksemburq 96-cı, İrlandiya isə 47-ci pillədə yer alıb.

Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir. 1755 xalla Fransa yığması 2-ci, 1743 xalı olan Braziliya isə 3-cüdür.