Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizəd göstərilən mütəxəssislərdən biri olan Stanislav Çerçesov məsələ ilə bağlı sualları cavablandırıb.

Rekord.az xəbər verir ki, o, Rusiyanın “MK Sport" nəşrinə müsahibəsində hələlik rəsmi danışıqlar olmasa da, Azərbaycanda işləməyə müsbət yanaşdığını bildirib. Rusiyalı mütəxəssis Azərbaycanda idmana böyük qayğı göstərildiyini qeyd edib:

"Bəli, doğrudan da, belə məlumatlar var. Amma hələlik məsələ rəsmi danışıqlara çatmayıb. Mən belə şeylərə ciddi yanaşıram, çünki Azərbaycan zəngin futbol ənənələri olan ölkədir. Onların millisi ilə ən çətin vəzifənin öhdəsindən gəlmək olar. Üstəlik, Azərbaycan prezidenti İlham Əliyev təkcə futbolu deyil, bütün peşəkar və kütləvi idmanı dəstəkləyir. Onun xanımı Mehriban Əliyeva (Azərbaycan Respublikasının Birinci vitse-prezidenti -red.) da idman layihələrinə, müxtəlif idman növləri üzrə federasiyaların inkişafına böyük diqqət yetirir. Avropa Liqasının finalının Bakıda keçirilməsinin özü çox şey deyir. AFFA bu yaxınlarda Rövşən Nəcəfə tapşırılıb. O, doğru qərarlar verməsi üçün zamana ehtiyacı olan gənc və iddialı liderdir".

60 yaşlı mütəxəssis Azərbaycan mentalitetinə bələd olduğuna görə ölkənin milli komandasını da çalışdırmağın da onun üçün asan olacağını düşünür: "Artıq Rusiya millisi ilə çalışmışam. Rusiyadakı dünya çempionatında isə tarixin ən yaxşı nəticəsini əldə edə bildik. Azərbaycanda futbolçular və məşqçilər heyəti ilə hamının başa düşdüyü bir dildə danışmaq imkanı var. Bu mənada, Azərbaycan xalqının, milli komandanın oyunçularının mentalitetini, mədəniyyətini dərindən bilmək də yaxşı köməkdir".