“Azərbaycan millisi ilə oyunda qələbə qazanmaq istəyirik”
- 10 Okt 2024 15:20
- 129
“Sabahkı görüşdə qələbə qazanmaq istəyirik”.
Rekord.az xəbər verir ki, bunu Estoniya millisinin futbolçusu Mattias Kayt Tallində Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunun matçından əvvəl mətbuat konfransında deyib.
O, azarkeşlərin də bu oyunda qalibiyyətə ümid etdiyini bildirib:
"Qələbə İsveçlə növbəti görüşdə bizə yaxşı motovasiya verər".
Oyunçu ötən il doğma meydanda millimizə 0:2 hesabı ilə uduzduqları qarşılaşmanı xatırlayıb:
"Həmin vaxt o qədər də yaxşı çıxış etməmişdik. Bunu dəyişib bu dəfə üç xal əldə etməliyik".
Qeyd edək ki, Estoniya - Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.