Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İslam Oyunlarında çıxışını uğurla yekunlaşdırıb. "Rekord.az" xəbər verir ki, komandamız bu gün keçirdiyi üçüncülük uğrunda görüşdə qələbə qazanaraq bürünc medala sahib çıxıb.

Yığmamız mükafat uğrunda görüşdə Kamerun kollektivi ilə üz-üzə gəlib. Görüşün favoriti hesab olunan millimiz gözləntiləri doğruldub. Baxmayaraq ki, kamerunlu voleybolçular görüşə yaxşı başlayıblar və qızlarımıza ciddi müqavimət göstəriblər. Lakin millimiz rəqibə ilk seti qalib başa vurmağa imkan verməyib. Növbəti setlərdə rəqibə heç bir şans verməyən yığmamız quru hesablı qələbə qazanmaqla bürünc medala sahib çıxıb.

Bununla da, qadın voleybolçulardan ibarət millimiz İslamiadada Azərbaycanın komandasının hesabına növbəti medalı yazdırıb.

İslamiada
Bürünc medal uğrunda
15 avqust

   Azərbaycan - Kamerun 3:0 (27:25, 25:13, 25:17)