![photo](https://www.rekord.az/storage/uploads/5/222-1.jpg)
Azərbaycan millisi İtaliyaya uduzdu
- 07 İyl 2023 21:40
- 303
Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, yığmamız İtaliya kollektivi ilə üz-üzə gəlib.
"Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında oynanılan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu qrupun digər matçında Moldova Estoniyanı məğlub edib - 6:2.
Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk oyununda Moldovaya 2:3, ikinci görüşündə Estoniyaya 4:7 hesabı ilə uduzub.