Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv “ASK Arena”da Malta millisi ilə qarşılaşıb. Komandamız bu oyunda da məğlubiyyətlə üzləşib.

Azərbaycan millisi seçmə mərhələdə daha əvvəl keçirdiyi üç oyundan da məğlubiyyətlə ayrılmışdı. Yığmamız Rusiyaya (0:2), Monteneqroya (0:2) və Danimarkaya (0:8) hesabıyla məğlub olmuşdu.

DÇ-2023-ün seçmə mərhələsi
E qrupu

26 oktyabr

Azərbaycan – Malta 1:2
Qol: Vüsalə Seyfəddinova, 90 – Dorianne Teuma, 57-pen. Emma Xuereb, 86.
Baş hakim: Reka Molnar (Macarıstan)
Bakı. “ASK Arena”.

Xal durumu: Rusiya – 12, Danimarka – 9, Monteneqro – 6, Malta – 4, Bosniya və Herseqovina – 1, Azərbaycan – 0.