İdman gimnastikası üzrə Azərbaycan millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Velvet Road” beynəlxalq turnirində bürünc medal qazanıb.


Bu barədə Rekord.az-a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.


Nikita Simonov, Mənsum Səfərov, Rəsul Əhmədzadə və İvan Tixonovdan ibarət heyət 3-cü yeri tutub.