Azərbaycan millisi Parisdə 4-cü oldu
- 18 Okt 2021 00:36
- 703
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən "Böyük dəbilqə" turnirində 5-ci yeri tutub.
Rekord.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız 3-cü yer uğrunda görüşdə niderlandlı Yur Speykerslə üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə sona çatıb. Nəticədə Kokauri 5-ci yerlə kifayətlənib.
Digər cüdoçularımızdan Murad Fətiyev (81 kq) və Məmmədəli Mehdiyev (90 kq) isə yarışla erkən vidalaşıblar.
Beləliklə, Azərbaycan cüdoçuları "Böyük dəbilqə" turnirini 1 qızıl və 1 bürünc medalla 4-cü yerdə başa vurublar.
Xatırladaq ki, ilk gündə milli komandamızın üzvlərindən Balabəy Ağayev (60 kq) qızıl, Hidayət Heydərov (73 kq) isə bürünc medala sahib olub.
Paris "Böyük dəbilqə"sində 46 ölkədən 283 cüdoçu bacarığını nümayiş etdirib.