Azərbaycan millisi Romada 1-ci oldu
- 26 İyn 2022 00:07
- 557
İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turnirinə yekun vurulub.
Rekord.az xəbər verir ki, Azərbaycanın sərbəst güləşçiləri reytinq turnirində 9 medal qazanıblar.
Əliabbas Rzazadə (57 kq), Coşqun Əzimov (70 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurmaqomedov (92 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.
Yalnız həlledici görüşlərini məğlub başa vuran Murad Yevloyevlə (70 kq) və Turan Bayramov (74 kq) gümüş medalla kifayətləniblər. Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) isə turniri bürünc medalla başa vurublar.
Beləliklə, yekunda 159 xal toplayan Azərbaycan yığması komanda hesabında 1-ci yeri tutub. Gürcüstan 145 xalla 2-ci, Türkiyə isə 114 xalla 3-cü pillədə qərarlaşıb.