Azərbaycan millisi yenidən Gürcüstana gedir
- 07 İyl 2022 19:37
- 447
5-ci İslam Həmrəyliyi Oyunlarına qatılacaq qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində təşkil olunacaq yarışa ciddi hazırlaşır.
Rekord.az xəbər verir ki, mükafatlara namizədlərdən sayılan qadınlardan ibarət millimiz Gürcüstanda təlim-məşq toplanışı keçib.
Tiflisdə yerli komanda ilə iki yoxlama oyununu qələbə ilə başa vuran həndbolçularımız iyunun 27-dən hazırlığı Bakıda davam etdirirlər.
Komanda iyulun 12-dən 19-dək Tiflisdə növbəti təlim-məşq toplanışına qatılacaq.
Hazırlığa iyulun 23-dən avqustun 1-dək Göygöl Olimpiya Kompleksində sonuncu təlim-məşq toplanışı ilə yekun vurulacaq.